"Qəbələ" Şuaybu ilə yollarını ayırdı
Yenidən Premyer Liqaya qayıdan “Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb. Mspport.az xəbər veirr ki, “qırmızı-qaralar” Abdullahi Şuaybu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam veriblər.
Nigeriyalı hücumçu 2024-cü ilin yayından “Qəbələ”nin heyətində çıxış edirdi. O, bu komandada 29 oyunda 8 qol vurub.
Qeyd edək ki, Şuaybu “Şamaxı” ilə razılığa gəlib. Yaxın vaxtlarda transferin açıqlanması gözlənilir.