"Turan Tovuz" "Qəbələ"ni məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Msport.az xəbər verir ki, turun son oyununda “Turan Tovuz” “Sumqayıtda Qəbələ” ilə qarşılaşıb.
Görüş Kurban Berdıyevin komandasının qələbəsi ilə başa çatıb – 3:2. Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran “Turan Tovuz” 3-cü yerdəki yerini möhkəmləndirib.
Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında aprelin 5-ə qədər fasilə yaranacaq.
21 mart (şənbə)
16:00. “Turan Tovuz” – “Qəbələ” – 3:2
Qol: Hayderson Hurtado, 3 (1:0), Eşqin Əhmədov, 27 (1:1), Hayderson Hurtado, 49 (2:1), Joarlem Santos, 59 (3:1), Roderik Miller, 90+7-avtoqol (3:2)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18 mart (çərşənbə)
“Şamaxı” – “Araz-Naxçıvan” – 0:1
19 mart (cümə axşamı)
“Sabah” – “Sumqayıt” – 3:1
“Karvan-Yevlax” – “Zirə” – 0:1
20 mart (cümə)
“Kəpəz” – “Qarabağ” – 1:0
“Neftçi” – “İmişli” – 6:0







