"Qəbələ" və "Neftçi"nin sabiq futbolçusu karyerasını bitirdi
“Qəbələ” və “Neftçi”nin sabiq futbolçusu Baqali Dabo karyerasını başa vurub.
Msport.az xəbər verir ki, bu barədə fransalı hücumçu öz paylaşımında mlumat verib.
Forvard 37 yaşında futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Dabo 2016-2018-ci illərdə “Qəbələ”də, 2018-2020-ci illərdə isə “Neftçi”də çıxış edib. Onun son klubu Kipin “Ayia Napa” komandası olub.