Qubada beynəlxalq futbol turniri
Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri start götürür. Msport.az xəbər verir ki, avqustun 25-dən 28-dək keçiriləcək yarış 12 yaşlılar arasında olacaq.
Turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bünyadkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edəcək.