featured-image-61934

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXIV turunda öz meydanında “Sabah”la 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

O, ədalətli nəticə olduğunu düşünür: “Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, sonlara yaxın da sürəti artırdı. Dinamik futbol oynadılar. Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Hər bir futbolçudan razı qaldım. İkimiz də bir xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı kimi görünürdü. Ancaq sonradan oyun aktivləşdi, maraqlı matç alındı”.

Bənzər xəbərlər