Qurban Qurbanov: "Hava soyuq, rəqib güclü idi"
Azərbaycan Kubokunda 1/4 final mərhələsində “Qarabağ” və “Səbail” arasında keçirilmiş cavab oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.
– Futbolçularımı təbrik edirəm. Yarımfinala vəsiqə qazandıq. Baxmayaraq ki, hava soyuq, rəqib güclü idi. Bizə xeyli problem yaşatdılar. Maraqsız oyun olmadı. Xeyli qollar oldu və bəziləri də sayılmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibi təbrik edirəm.
– VAR niyə 3-cü qolda bu qədər gec reaksiya verdi?
– Yəqin ki, epizod fərqli idi. Epizoda baxdım, amma incələmək lazımdır.
– Avrokubok və yerli çempionat oyunlarda topun oyunda qalma dəqiqələri arasında böyük fərq olduğunu demişdiniz. İndi vəziyyət necədir?
– Xeyr, hələ aşağıdır. Ən azından 8-10 dəqiqə fərq edir.