Qurban Qurbanov: İşlərimiz düz getmir
“Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis işlərinin yolunda getmədiyni etiraf edib: “Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olurdu. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var, bunu danmırıq. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Baş məşqçi Yassin Benzianın komandadan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib: “Doğru məlumat deyil, Benzia komandadadır”.