featured-image-58774

“Vaqif Cavadovu burada görmək çox xoş oldu. Keçmiş futbolçularımızı indi baş məşqçi kimi görmək xoşdur. Onlara rəqib olmaq da mənim üçün maraqlıdır. Onların hər bir uğuruna sevinmişəm və sevinirəm”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis müdafiədə çatışmazlıqlar olduğunu bildirib: “Bədavi Hüseynov da bu gün ayağında ağrılar hiss etdi. Çoxlu rotasiyalar etdik. Mövqe səhvləri bizi narahat edir. Bunlar mövsümün sonlarında futbolçuların istirahətə ehtiyac duymaları ilə əlaqədar idi”.

O, Toral Bayramovu stopper mövqeyində oynatmasına aydınlıq gətirib: “Hazırda bu mövqeyə ən uyğun gələn oyunçudur. Ötürmələri də daha dəqiqdir. Gələcəkdə də ondan yararlana bilərik”.

Qurbanov transfer məsələsinə də toxunub: “Stopper mövqeyi, orta sahə və hücum xətti üçün ciddi axtarışdayıq. Daxili çempionatda maraqlandığımız futbolçular var”.

Bənzər xəbərlər