featured-image-65544

Mayın 31-də “Qarabağ” və “Sabah” arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, mətbuat konfransları mayın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans otağında baş tutacaq.

Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-da, “Sabah”ın çalışdırıcısı Vasili Berezutskinin mətbuat konfransı isə saat 14:30-da başlayacaq. Mətbuat konfransında hər klubdan baş məşqçiylə yanaşı, bir futbolçunun iştirakı nəzərdə tutulub.

 

 

Bənzər xəbərlər