Qvardiolanın əvəzləyicisi tapıldı
“Mançester Siti” baş məşqçi Pep Qvardiola ilə yollarını ayıra bilər.
Msport.az xəbər verir ki, İngiltərə klubu artıq bu variantı nəzərdən keçirir.
“Şəhərlilər” Qvardiolanın əvəzləyicisini də müəyyənləşdirib. Rəhbərlik ən layiqli namizəd kimi “Bayer”in çalışdırıcısı Xabi Alonsonu görür. Onun Almaniya klubundakı oyun tərzi Premyer Liqa klubunun ürəyincədir. Ancaq ispaniyalını baş məşqçi postuna gətirmək heç də asan olmayacaq. Çünki “Real” da Xabi Alonso ilə maraqlanır.
Qeyd edək ki, Pep Qvardiolanın müqavilə müddəti 2027-ci ilin yayına kimidir.