featured-image-63826

Azərbaycan Premyer Liqasının XXX turunda “Neftçi” ilə oyun “Zirə”nin futbolçusu Rafael Utziq üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, komandasının qələbəsinə dublla töhfə verən braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında qol sayını 26-ya çatdırıb.

İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.

Qeyd edək ki, Rafael Utziq Premyer Liqada “Qəbələ”nin də formasını geyinib. O, “qırmızı qaralar”ın heyətində 124, “Zirə”də 43 görüşdə iştirak edib.

Bənzər xəbərlər