Rafinya “El Klasiko”nu buraxa bilər
“Barselona”nın braziliyalı hücumçusu Rafinya Dias La Liqada “Real”la matçda meydana çıxmaq şansını itirə bilər.
Msport.az xəbər verir ki, sentyabrın sonunda zədələnən futbolçu həmin səbəbdən həm son üç klub oyununu, həm də Braziliya yığmasının oktyabr toplanışını buraxıb.
28 yaşlı oyunçunun bərpası planlaşdırıldığı kimi getmir və müəyyən fəsadlar yaranıb. Hazırda Rafinyanın “El Klasiko”ya qədər forma geyinməsi real görünmür.
Qeyd edək ki, “Barselona” 26 oktyabrda “Real”ın qonağı olacaq. Komanda ondan əvvəl oktyabrın 18-də La Liqada “Jirona”, 21-də isə Çempionlar Liqasının 3-cü turunda “Olimpiakos”la qarşılaşacaq.