featured-image-63600

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı” ilə keçirilən səfər oyunu “Neftçi”nin futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, millimizin hücumçusu Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

40-cı dəqiqədə penaltidən fərqlənən 29 yaşlı forvard 40 qola 127 matçda imza atıb. O, bunun 30-nu “Qarabağ”da (75 oyun), 6-nı “Sabah”da (28 oyun), 4-nü isə “Neftçi”də (24 oyun) reallaşdırıb.

Şeydayev ölkə çempionatları tarixində 40 və daha çox qol vuran 67-ci futbolçudur. Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suares də eyni göstəriciyə malikdir.

Qeyd edək ki, “Neftçi” “Şamaxı”nı səfərdə 2:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər