featured-image-45608

“Real”ın qapıçısı Andrey Lunin komandada ən aşağı maaşa oynayan futbolçudur. Msport.az xəbər verir ki, İaspaniyanın “Sport” nəşri yayıb.

Mənbənin sözlərinə görə, qolkiper hazırda gələcək karyerası ilə bağlı seçim edir.

O, vergilər daxil ilinə 2 milyon avro əməkhaqqı alır. Bu isə təxminən futbolçuya 1 milyon avronun qalması deməkdir.

Qeyd edək ki, bir müddət əvvvəl 25 yaşlı qapıçı ilə “Mançester Yunayted”in maraqlanması barədə xəbər yayılmışdı. Lunin bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib. Onun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin iyununa kimi nəzərdə tutulub.

 

Bənzər xəbərlər