“Real Madrid” – “Mançester Siti” oyunu portuqaliyalılara tapşırıldı
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Real Madrid” – “Mançester Siti” matçının hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, Madriddə keçiriləcək matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Artur Soareş Diaşa Paulu Soareşlə Pedru Ribeyru kömək edəcək. Ehtiyat hakim Daniele Orsato, VAR isə Massimilyano İrrati (hər ikisi italiyalı) olacaq.
Qeyd edək ki, oyun mayın 9-u saat 23:00-da başlayacaq.
Royal Türksoy