Redon Cicanın keçidi açıqlandı
“Qarabağ”dan ayrılan Redon Cicanın “SSPA Şabab Riadi Beluizdad” klubuna transferi rəsmiləşib.
Msport.az xəbər verir ki, bu barədə Əlcəzair təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı hücumçu ilə 2 illik müqavilənin imzalandığı açıqlanıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarından bu yayadək “Qarabağ”ın formasını geyinən Cica 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 qol ötürməsi verib.