Region Liqasında pley-offun püşkü atıldı – Cütlər
AFFA Region Liqasında pley-offun püşkü atılıb.
Msport.az xəbər verir ki, tədbir qurumun inzibati binasında təşkil olunub.
Bununla 1/8 final mərhələsinin cütləri, eyni zamanda 1/4 final və yarımfinalın potensial cütlükləri müəyyənləşib.
1/8 final mərhələsi bir oyundan ibarət olacaq. Birinci göstərilən komandalar ev sahibi olacaqlar. Bu raundun oyunları 26-27 apreldə keçiriləcək. 1/4 final və yarımfinal mərhələləri isə iki matçdan ibarət olacaq.
1/8 finalın cütləri:
“Göyəzən” – “Biləsuvar”
“Record Club” – “Bərdə”
“Xudat City” – “Şirvan”
“Marafon” – “Dirçəliş”
“Çinar Zəngilan” – “Şirvan” OİK
“Xankəndi” – “Topçular”
“Ağstafa Gəncləri” – “Şirvanovka”
“Zəfər 44” – “Naftalan”