featured-image-60764

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi “Ankaragücü” klubunda əsas heyətdən kənarlaşdırılıb.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu I Liqa təmsilçisinin bazasında fərdi məşqlərlə kifayətlənir.

Klub təcrübəli forvardın mövqeyinə yeni oyunçu axtarır. İddiaya görə, “Ankaragücü” artıq bir hücumçu ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Bənzər xəbərlər