featured-image-56283

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub.

Msport.az xəbər verir ki, bunu “Ankaragücü”nün mətbuat xidməti açıqlayıb.

1-ci Liqa təmsilçisinin açıqlamasında forvardın qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edildiyi bildirilib. Dadaşovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, Renat bu mövsüm “Ankaragücü”nün heyətində 9 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər