featured-image-65610

Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

Msport.az xəbər verir ki, A millimiz bu gün Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxıb.

Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Bənzər xəbərlər