featured-image-56293

“Ankaragücü”də çıxış edən Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov əməliyyat olunub.

Msport.az xəbər verir ki, 25 yaşlı forvardın əməliyyatı uğurlu keçib. I Liqa təmsilçisinin futbolçusu cərrahi müdaxilənin yaxşı keçdiyini bildirib:

“Əməliyyat yaxşı keçdi. Hazırda sağalmağa və mümkün qədər tez qayıtmağa köklənmişəm”.

Qasıq nahiyyəsindən əməliyyat olunan Renat Dadaşovun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bənzər xəbərlər