Renat Dadaşov Ukraynada debüt etdi
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni klubu “Bukovina”nın heyətində ilk rəsmi matçına çıxıb.
Msport.az xəbər verir ki, o, Ukrayna Premyer Liqasının 6-cı turunda “Zarya” ilə görüşdə debüt edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Dadaşov 66-cı dəqiqədə – komandası hesabda geri olarkən meydana çıxıb.
Bu heç-heçədən sonra xallarının sayını 7-yə çatdıran “Bukovina” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.







