Renat Dadaşovun komandası yeni büdrədi
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, onun komandası Polşa çempionatının V turunda “Pyast”la qarşılaşıb.
Lublin təmsilçisi öz meydanında bu mövsüm xal qazanmayan rəqibi ilə 0:0 hesablı heç-heçə edib. Oyuna ehtiyatda başlayan Renat 63-cü dəqiqədə meydana daxil olub. Ancaq o da komandasını xal itkisindən xilas edə bilməyib.
Qeyd edək ki, 4 oyunda 5 xal toplayan “Motor” növbəti turda “Korona” ilə üz-üzə gələcək.