featured-image-56204

“Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. Hər şey bizim nəzarətimiz altındaydı. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Qol fürsətlərimiz də oldu. Daha yaxşı zərbələr endirsəydik, nəticə fərqli ola bilərdi. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və top buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsinizsə, qapınızda qol görürsünüz”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının X turunun “Zirə” ilə görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Rəqib baş məşqçi isə 65-70 dəqiqə üstün olduqlarını bildirdi. Niyə “Sabah” daha çox əks-hücumlara üstünlük verirdi? Halbuki dominant oynamaq üçün lazım olan futbolçulara sahibsiniz…

– Topla və topsuz oyuna nəzarət edə bilərsən. Əgər səmimi şəkildə desək, “Zirə” heç bir qol fürsəti yaratmadı. Bizim isə 100 faizli 2-3 qol fürsətimiz oldu ki, onlardan yararlanmalıydıq.

Bənzər xəbərlər