featured-image-60940

“Dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış etsək də, təəssüf ki, birinci hissədə 2 qol buraxdıq”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri ev oyunundan sonra mətbuat konfransında deyib.

O, ikinci hissədə komandasının performansında yüksəliş olduğunu söyləyib: “Futbolçularımız fasilədən sonra təslim olmadan mübarizə apardılar. 3 qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi “Araz-Naxçıvan”la kubok oyunu gözləyir. Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik”.

Sadıqov ikinci hissədə rəqibin oyununda eniş yaşanacağının gözlənilən olduğunu vurğulayıb: “Qarabağ” çox sıx qrafikdə oynayır. İkinci hissədə onlarda tempin aşağı düşəcəyini gözləyirdik. Düzdür, bunu çox da hiss etmədik, fəal idilər. Hər şey bizim üçün uğurlu alındı. İnamlı və əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm”.

Bənzər xəbərlər