featured-image-64068

“Zirə” Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra mətbuat konfransında fikirlərini bildirib.

O, vacib 3 xal qazandıqlarını söyləyib: “Futbolçularımı təbrik etmək istəyirəm. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. “Sumqayıt” haqqında oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. Həmin qoldan sonra müəyyən stress yarandı. “Sumqayıt” irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. “Sumqayıt” da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq”.

Bənzər xəbərlər