featured-image-63996

Klubların Avropa reytinqi açıqlanıb.

Msport.az xəbər verir ki, 400 klubun yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi var.

Ölkəmizin ən yüksək reytinqə malik komandası “Qarabağ”dır. Ağdam təmsilçisi 278 xalla 66-cı pillədə qərarlaşır. Premyer Liqanın lideri 2 pillə geriləyib.

“Neftçi” 259-cu pillədəki mövqeyini qoruyub. “Ağ-qaralar”ın aktivində 19 xal var. 4 xal az toplayan “Sabah” əksinə, iki rəqibini geridə qoyub. Qəsəbə komandası 276-cıdır. “Zirə” (287 xal) isə 280-ci yerdən 287-ci pilləyə düşüb.

Reytinqə 2642 xalla “Real” başçılıq edir.

Bənzər xəbərlər