featured-image-60308

“Braziliyada bir çox insan mənimlə görüşəndə haqqımda heç nə bilmir. Çoxları Azərbaycana, bizim liqamıza yuxarıdan aşağı baxır… Amma indi “Qarabağ”dan xəbəri var, çünki Juninyo oradan gəlib”.

Msport.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.

Ölkəsinin “ESPN Braziliya” nəşrinə danışan futbolçu Flamenqo”ya keçidi ilə bağlı fikirlərini bölüşüb:

“Juninyo mobil hücumçudur. O, müdafiəçini təhlükədən qurtulduğunu düşünməyə vadar edir və qurbanı özünə gələndə Juninyo artıq rəqibinin yanındadır və topu ondan oğurlayır. “Bayer”ə vurduğumuz qola (2:2) baxa bilərsiniz. O, topu oğurlayaraq, məhsuldar ötürmə etmişdi. İkinci qol epizodunda Patrik Andrade topla boş zonaya qaçan Juninyoya topu ötürərək möhtəşəm qola imza atıb. Pedro (“Flamenqo”nun hücumçusu) və Juninyo birlikdə oynaya biləcəkmi? Pedro rəqibin cərimə meydançasında daha çox işləyir, Juninyo isə daha hərəkətlidir. Birlikdə əla oynaya bilərlər”.

“Sevilya”ya gəlincə, onu çox istəyirdilər. Az qala razılığa gəlirdilər, amma o gün dedi ki, “Flamenqo” danışıqlara qarışıb, mən nə edəcəyimi bilmirəm. Ona cavab verdim ki, Allah ona doğru yolu göstərəcək. Qərarı ürəyi ilə verdi. Juninyo istədiyi şeydə çox israrlıdır. Hər kəs Braziliyaya qayıtmağı xəyal edir. “Flamenqo”nun idman direktoru Botonun müsahibəsinə baxdım. O bildirib ki, futbolçunun haradan gəlməsinin fərqi yoxdur: Azərbaycan, Qazaxıstan və ya başqa ölkədən. Əgər futbolçu profilə uyğundursa və taktiki cəhətdən məşqçiyə uyğundursa, imza atmağa dəyər”.

Bənzər xəbərlər