featured-image-83134

“Roma” yeni stadionunun inşası üçün yerli hakimiyyət orqanlarından icazə alıb.

Msport.az xəbər verir ki, yeni arena 60 min azarkeş tutumuna malik olacaq.

Layihənin ümumi dəyəri 1,37 milyard avro qiymətləndirilir. Tikinti işlərinə 2027-ci ilin martında başlanılması planlaşdırılır.

Yeni stadionun 2032-ci ildə İtaliya və Türkiyənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının oyunlarını qəbul edəcəyi də bildirilir. Arenanın AVRO-2032-nin yarımfinal və hətta final matçına ev sahibliyi etməsi variantı nəzərdən keçirilə bilər.

Qeyd edək ki, hazırda klub ev oyunlarını Roma Olimpiya Stadionunda keçirir.

Bənzər xəbərlər