“Roma” Balde ilə maraqlanır
“Roma” “Barselona”nın 23 yaşlı sol cinah müdafiəçisi Alexandro Baldeni heyətinə qatmaq niyyətindədir.
Msport.az xəbər verir ki, gənc futbolçu bu mövsüm “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla cəmi 28 dəqiqə (La Liqada 12 dəqiqə, Çempionlar Liqasında 16 dəqiqə) meydanda olub.
Oyun şansı artmayacağı təqdirdə Balde Kataloniya klubunu tərk etməyi nəzərdən keçirəcək və “Roma” onun vəziyyətini diqqətlə izləyir.







