featured-image-58678

“Sabah” Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə lider “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbədir.

– “Sabah”a gəldikdən sonra nəyi dəyişmisiniz ki, qələbələri sıralayırsınız?

– Hələlik ancaq işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır.

– Murad Musayev “Sabah”ı ziyarət etdi. Maraqlıdır, daha çox “Sabah”ı, yoxsa Rusiya futbolunu müzakirə etdiniz?

– Biz daha çox “Sabah”ı və “Krasnodar”ı müzakirə etdik. Məşq proseslərindən, Azərbaycanda və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq.

– Qış hazırlıq planı necədir?

– Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa olurdu. İki həftə hazırlaşacağıq.

Bənzər xəbərlər