featured-image-67375

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivinin qonağı olacaq.

“Selye” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bolqarıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma İctimai TV kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Bakıda baş tutan ilk matçda qonaq komanda 3:2 hesablı qələbə qazanıb.

 

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

22:00. “Selye” (Sloveniya) – “Sabah” (Azərbaycan)

Hakimlər: Draqomir Draqanov, Xristo Hadziyski, Krasimir Atanasov, Martin Jivkov Velikov

VAR hakimləri: Vasimir El-Hatib, Volen Çinkov (hamısı Bolqarıstan)

“Selye” stadionu

Bənzər xəbərlər