“Sabah”da itki
“Sabah” Azərbaycan Premyer Liqasının 13-cü turunun oyununa itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, Masazır təmsilçisinin futbolçusu Coy-Lens Mikels “Kəpəz”lə görüşü buraxacaq.
Almaniyalı futbolçu Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt”la (1:0) görüşün 62-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, Mikels növbəti turda “Kəpəz”lə oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, “Sabah” – “Kəpəz” görüşü noyabrın 9-da keçiriləcək və görüşüə 19:30-da start veriləcək.