"Sabah daha aqressiv və hücum futbolu oynayacağıq" - "Şkendiya"nın baş məşqçisi
“Şkendiya”nın baş məşqçisi Yeton Bekyiri “Qarabağ”la Çempionlar Liqasının III təsnifaft mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirib.
Msport.az xəbər verir ki, o, cavab görüşünün gərgin keçəcəyini deyib:
“Sabahkı oyun çox ağır olacaq. “Qarabağ” güclü və təhlükəli rəqibdir. Sabah maksimum gücümüzü göstərməliyik. Qol vurmağa çalışacağıq. İtirəcək bir şeyimiz yoxdur. İlk matçda problemlərimiz var idi, xüsusən də fiziki planda. Lakin biz də qol vura bilərdik. Bacardığmızı eləməyə çalışdıq, amma “Qarabağ” xüsusən də birinci hissədə yaxşı oynadı. Fasilədən sonra biz daha yaxşı təsir bağışladıq. Sabah daha aqressiv və hücum futbolu oynayacağıq”.
Şimali Makedoniya klubunun baş məşqçisis “Qarabağ”ın sabiq futbolçusu Muarem Muremi tanıdğını bildirib:
“Onu yaxşı tanıyıram. Bilirəm ki, onun Qurban Qurbanovla yaxşı münasibətləri var. Buna görə də etik baxımdan düzgün olmazdı ki, ondan nəsə soruşum. Rəqibin əvvəlki oyunlarını tapmaq elə də çətin deyil”