"Sabah" Elvin Camalovla yollarını ayırdı - RƏSMİ
Sabah” yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb.
Elvin bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.
Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan Elvin, “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.