“Sabah”ı Yunanıstan klubuna dəyişdi
“Sabah”dan ayrılan Sofian Çaklanın yeni ünvanı bəllidir.
Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
Mərakeşli futbolçu AEL-lə razılaşıb. Onunla 1 illik müqavilə imzalanıb və rəsmi təqdimatı keçirilib.
2023-cü ilin yayından 2025-ci ilin yayına kimi “Sabah”da forma geyən Çakla Macarıstan, Belçika və İspaniya klularında oynayıb. O, ilk dəfə yunan klubunda çıxış edəcək.