featured-image-66163

“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub. Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyat uğurla gerçəkləşib.

Qeyd edək ki, Məmmədov ötən mövsüm Azərbaycan Premyer Liqasında 8 oyunda meydana çıxıb.

Bənzər xəbərlər