featured-image-65686

“Sabah”ın kapitanı Pavol Safranko Azərbaycan kubokunun “Qarabağ”la keçiriləcək final matçından öncə mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, slovakiyalı hücumçu bu fikirləri səsləndirib:

“Bizi çox böyük oyun gözləyir. Hər iki komanda üçün maraqlı oyun olacaq. İlk dəfə finalda oynayacağıq. Hər kəsə söz verirəm, əlimizdən gələni rdəcəyik ki, kuboka sahib çıxaq. Hamı oyundan həzz alacaq. Karyeramda bundan əvvəl də titul qazanmışam. Hər titul önəmlidir. Yaş ötdükcə bunu hiss edirsən. Bütün titullar mənim üçün eynidir”.

Bənzər xəbərlər