“Sabah”ın oyununa 5000 bilet satılıb
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Sabah” – “Petrokub” oyununa bilet satışı davam edir.
Futbolinfo.az xəbər verir ki, bu ana qədər satılan bilet sayı açıqlanıb.
Paytaxt klubundan verilən məlumata görə, artıq 5000 bilet satılıb. “Sabah”a stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, qarşılaşma sabah baş tutacaq. İlk matçda “Sabah” səfər qələbəsi (2:0) qazanıb.