featured-image-65339

“Sabah”ın qapıçısı Stas Pokatilov növbəti dəfə Qazaxıstan millisinə çağırılıb.

Msport.az xəbər verir ki, baş məşqçi Əli Əliyev 36 nəfərlik ilkin siyahıya 32 yaşlı qolkiperi də salıb.

Milliyə dəvət alan 4 qapıçıdan yalnız o, ölkə xaricində legioner həyatı yaşayır. Pokatilov iyunda Belarus və Şimali İrlandiya ilə keçiriləcək matçlarda məşqçilər korpusunun sərəncamında ola bilər.

Qeyd edək ki, iyunun 5-də Minskdə Belarusla yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığması dörd gün sonra DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək.

Bənzər xəbərlər