"Sabah"ın qovduğu futbolçu DÇ-2026-da
“Sabah”ın sabiq futbolçusu Jarl Marqarita dünya çempionatında oynayacaq.
Msport.az xəbər verir ki, bu gün Kurasao Futbol Federasiyasının rəsmi saytında DÇ-2026-ya yollanacaq heyət açıqlanıb.
26 futbolçu arasında vaxtilə Azərbaycan Premyer Liqasında çıxış etmiş Marqarita da var.
26 yaşlı vinger 2023-2024-cü illər mövsümündə “Sabah”ın heyətində Azərbaycan çempionatında 18 oyunda forma geyinib.
Qeyd edək ki, Marqarita ümidləri doğrultmadığından onun müqaviləsinə xitam verilmişdi.
Vinger hazırda Belçikanın “Beveren” klubunun şərəfini qoruyur.







