“Sabah”ın rəqibində yeni qapıçı
“Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Selye” heyətini gücləndirib.
Msport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sloveniya təmsilçisi Təl-Əviv “Makkabi”sinin qapıçısı Simon Sluqa ilə anlaşıb. 32 yaşlı xorvatiyalı qolkiperin müqavilə müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, “Sabah”la “Selye” arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da keçiriləcək. Cavab görüşü isə bir həftə sonra təşkil olunacaq.