featured-image-67745

Moldova Superliqasında VI turun oyunları keçirilib

Msport.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Petrokub” “Daçia-2”ni qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 31-ci dəqiqədə “Petrokub”dan Petru Popesku açıb. 43-cü dəqiqədə Karuntu penaltidən hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Petru Popesku dubl etməklə komandasının qələbə qolunu vurub. 5 oyundan 11 xalı olan “Petrokub” lider “Şerif”dən (6 oyun) 2 xal geri qalmaqla 3-cü yeri tutur.

Qeyd edək ki, “Sabah” Kişinyovda keçirilən ilk matçda 2:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların cavab qarşılaşması iyulun 31-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər