“Sabah”ın sabiq futbolçusu Özbəkistan klubunda
“Sabah”ın sabiq futbolçusu Filip İvanoviç karyerasını Asiyada davam etdirəcək.
Msport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Özbəkistanın “Sogdiana” klubuna keçib.
Serbiyalı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. İvanoviçin son klubu Bəhreyn təmsilçisi “Əl-Haldiya” olub.
Qeyd edək ki, Filip İvanoviç 2018-2021-ci illərdə “Sabah”da çıxış edib.