“Sabah”ın tarixi heç-heçəsi
Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la qarşılaşan “Sabah” tarixində ilk bu turnir çərçivəsində evdə heç-heçə edib.
Msport.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.
Bakılılar ölkə kuboku çərçivəsində 10-cu ev matçında ilk dəfə bərabərlik üzü görüb. Əvvəlki 9 görüşün 3-də qələbə qazanan “Sabah” digər 6 qarşılaşmada məğlub olub.