featured-image-68253

“Bu, mənim üçün gerçəkləşmiş bir yuxu kimidir. Ən çox isə komandama fayda verdiyim üçün sevinirəm”.

Msport.az xəbər verir ki, bunu “Levski”nin futbolçusu Borislav Rupanov Konfrans Liqasında “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra bildirib.

“Mavilərin” gənc futbolçusu “Gerena” stadionunun dolu tribunalarını 90+8-ci dəqiqədə vurduğu qələbə qolu ilə coşdurub. Matçın qəhrəmanı həmçinin deyib: “Hər oyunda bizə tapşırılır ki, meydana çıxıb bütün gücümüzü ortaya qoyaq. Bu dəfə də belə oldu. Bu azarkeşlər möhtəşəmdir, onlarla yalnız fəxr etmək olar”.

Qeyd edək ki, “Sabah”la “Levski” arasında cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər