featured-image-68130

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Msport.az xəbər verir ki, avrokubokda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – “Levski” matçı avqustun 14-ü, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Bənzər xəbərlər