featured-image-67773

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Petrokub” oyununa satılan bilet sayı açıqlanıb.

Msport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Bank Respublika Arena”da təşkil olunacaq matça 3000 bilet satılıb. Bilet satışı davam edir.

Qeyd edək ki, iyulun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyunda Azərbaycan klubu qələbə qazanıb – 2:0.

Bənzər xəbərlər