featured-image-78047

“Sabah” müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Msport.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, “Sabah” 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Puxaç ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışır. O, cari mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər