“Sabah” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” və “Qarabağ” arasında (ilk oyun 2:2) keçiriləcək cavab görüşünə maraq yüksəkdir.
Msport.az xəbər verir ki, həmin matç üçün satışa çıxarılan biletlərin artıq 3000-dən çoxu satılıb.
Matç Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.
Bu stadion isə 8700 tamaşaçı tutumuna malikdir. “Sabah” – “Qarabağ” matçı aprelin 22-də keçiriləcək və oyununa 20:00-da start veriləcək.







